RU

Simonyan Bakıdan qayıdanda özü ilə kimləri aparmaq istəyib? – SENSASİON İDDİA

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyanın Bakıya səfərinin təfərrüatları barədə iddialar yayılıb.

Ulusal.az xəbər verir ki, Ermənistan mediası MTX rəhbərinin Bakıda apardığı danışıqlar zamanı həbsdə olan 10 erməninin qaytarılması məsələsini gündəmə gətirdiyini yazır.

“Hraparak” nəşri siyahıda yer aldığı iddia olunan şəxslərin adlarını yayımlayıb.

Erik Qazaryan, Levon Balayan, David Alaverdyan, Melikset Paşayan, Qarik Martirosyan, Vasili Beqlaryan, Lüdviq Mkrtçyan, Alyoşa Xosrovyan, Qurgen Stepanyan, Mədət Babayan.

İrəvanın təklif etdiyi siyahıda bu şəxslərin olduğu deyilir. Siyahıda Qarabağda keçmiş qondarma rejimin rəhbəri olmuş, hazırda müharibə cinayətlərində ittiham olunan şəxslərin olmaması diqqət çəkir. Bunun iki mümkün səbəbi görünür.

Birincisi, Azərbaycan müharibə cinayətlərində ittiham olunan şəxslərin Ermənistana təhvil verilməsini müzakirə belə etmək niyyətində deyil: bunu anlayan İrəvan məsələni ümumiyyətlə gündəmə gətirməyib;

İkincisi, Ermənistan hakimiyyəti daxili siyasi sabitlik üçün keçmiş “Qarabağ klanı”nın üzvü olan bu şəxslərin qaytarılmasında maraqlı deyil, çünki onlar İrəvanda “qəhrəman” kimi qarşılana və Paşinyan hakimiyyətinə “başağrısı” yarada bilər;

“Hraparak” da yazır ki, Simonyan Bakıda apardığı müzakirələrdə həmin şəxslərin qaytarılması məsələsinə ümumiyyətlə toxunmayıb. Nəşr iddia edir ki, 10 erməninin qaytarılması qarşılığında rəsmi Bakının də öz şərtləri var. Bunun konkret nədən ibarət olduğu bilinməsə də, nəşr Simonyanın Azərbaycanın tələbləri ilə razılaşdığını yazır.

Bu iddiaların doğruluğu sual altındadır. Hərçənd, Ermənistan hakimiyyəti seçki öncəsi həbsdə olan ermənilərin bir neçəsini qaytarmaqla reytinqini yüksəltmək istəyə bilər. Əslində belə bir iddianın tirajlanmasi da Paşinyan hakimiyyətinə sərf edir. Çünki Simonyanın İrəvana qayıdışından sonra hakimiyyətə qarşı “Pasinyanin adamı Bakıdan əliboş qayıtdı” kimi ittihamlar səslənir

İstisna deyil ki, Ermənistan hakimiyyəti belə iddia ilə “ermənilərin qaytarılması prioritetdir, bu istiqamətdə danışıqlar aparılır” mesajını verməyə, ittihamları neytrallaşdırmağa çalışır.

Избранный
10
4
moderator.az

5Источники