RU

® Dövlət Gömrük Komitəsinin komandası intellektual bilik yarışında birinci yeri tutub

ain.az, Azertag saytına istinadən bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Ümummilli Lider Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda 26 dövlət qurumunun iştirakı ilə təşkil olunan intellektual bilik yarışında Dövlət Gömrük Komitəsinin komandası birinci yeri tutub.

Komandanın kapitanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, üzvlərindən biri isə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov olub.

Dövlət Gömrük Komitəsinin komandasının bütün üzvlərini səmimi-qəlbdən təbrik edir, onlara gələcək bilik yarışlarında uğurlar, yüksək nəticələr və qələbə arzulayırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
2
azertag.az

3Источники