NTD komandası amerikalı basketbolçu Maykl Braun-Consu transfer edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
24 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.
Braun-Cons son olaraq ABŞ-nin "The University of Mississippi" klubunun şərəfini qoruyub.
Qeyd edək ki, NTD buna qədər legionerlərdən Ladarius Marşal, Kobi Montqomeri, Jamel Kinq və Andra Makkinin transferlərini həyata keçirib.