RU

Pezeşkianla Mustafayev nəyi müzakirə ediblər?

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bu ölkədə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin (NK) Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Şahin Mustafayev Məsud Pezeşkiana Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.

Görüşdə hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Möhkəm təməllər üzərində qurulmuş ölkələrarası faydalı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.

 İran Prezidenti Məsud Pezeşkian səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

 
Избранный
18
7
musavat.com

10Источники