Bakı. Trend:
İran və Azərbaycan arasında Araz çayı üzərində Ağbənd-Kəlaləkörpüsünün İran tərəfindəki hissəsinin tikintisi tezliklə başaçatdırılacaq.
Trend-inməlumatına görə, bunu İranın Nəqliyyat İnfrasturkturları Tikintisivə İnkişafı Şirkətinin icra direktorunun müavini Əlirza Siyahpuryerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, proqrama əsasən Azərbaycan tərəfininseçdiyi podratçı şirkət körpünün tikintisini ilin sonunadək başaçatdırmalıdır. Bu körpünün Azərbaycan tərəfində tikintisi başaçatdırılıb.
Qeyd edək ki, İran və Azərbaycan arasında Araz çayı üzərindəuzunluğu 374 və eni isə 27,6 metr təşkil edəcək avtomobilkörpüsünün inşa edilir. 4 hərəkət, 2 təhlükəsizlik və ayrıcızolaqlardan ibarət olmaqla hər bir istiqamət üzrə körpü üzərində2.8 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.