RU

Süni intellektlə bağlı qanun qəbul etdilər Avropada ilk

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

İtaliyada süni intellektdən istifadəni tənzimləyən qanun qəbul edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Guardian” yayıb. 

Bununla da, İtaliya Avropa İttifaqında belə bir qanun qəbul edən ilk ölkə olub. 

Bildirilib ki, burada məqsəd süni intellektdən şəffaf və təhlükəsiz istifadəyə töhfə verməkdir. 

Qanunla süni intellektin köməyi ilə yaradılmış və yaxud dəyişdirilmiş zərərli məzmunun qanunsuz olaraq yayılmasına görə 1 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur. 

Bununla yanaşı, bu texnologiyadan fırıldaqçılıq və şəxsi məlumatların oğurlanması da daxil olmaqla, cinayət əməllərinin törədilməsində istifadəyə görə daha sərt cəzalar tətbiq ediləcək. 

Məqalə müəllifləri həmçinin qeyd edib ki, 14 yaşdan az uşaqların süni intellektdən istifadə etməsi üçün valideynlərin razılığı tələb olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
3
qafqazinfo.az

4Источники