RU

Himn toxunulmazdır! Alim Qasımov və qızına kəskin etiraz

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin bağlanış mərasimində himnimizin yeni aranjimanda səsləndirilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın təqdimatında olan ifanı heyranlıqla qarşılasa da, digərləri əksinə, himnin bu üslubda oxunmasını tənqid edib.

Himn aranjiman edilməli, ona yeni nəfəs, əlavələr qatılmalıdırmı?

Globalinfo.az-a danışan Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev himnin üslubuna edilən toxunuşları etirazla qarşılayıb:

“Dövlət Himninin bu cür tədbirlərdə ifa olunmasının tərəfdarı deyiləm. Himnə yalnız Milli Məclisin qərarı ilə dəyişiklik edilə bilər. Dövlət rəmzləri toxunulmazdır”.

Xalq artisti, bəstəkar Eldar Mansurov isə himnin yeni versiyasını eşitmədiyini qeyd edib.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
globalinfo.az

1Источники