RU

Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumu ilə bağlı qərar açıqlandı

Şirvan Apellyasiya Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə, on altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmədə və şəxsi həyatın toxunulmazlığını pozmada təqsirləndirilən Habil Kərimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, Habil Kərimov 2023-cü ilin iyun ayından 2024-cü ilin iyul ayınadək İmişli rayonu ərazisində on altı yaşına çatmayan qohumu, 2008-ci il təvəllüdlü, zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər törədib, seksual xarakterli digər hərəkətlər edib və təbii yolla cinsi əlaqədə olub.


Bundan başqa, o, telefonu ilə hadisə zamanı qanunsuz videoçəkiliş edib.
 

İmişli Rayon Məhkəməsinin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan zərərçəkmiş şəxs və qanuni nümayəndəsi apellyasiya şikayəti verilərək, hökmün dəyişdirilməsi və təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsi barədə qərar çıxarılması xahiş etmişdi.


Kamal Məmmədov 











Tarix: 23 Sentyabr 2025, 09:02   
Избранный
33
8
pravda.az

9Источники