RU

Tramp dəstək vermədi, Makron Rusiya planından geri çəkildi

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın dondurulmuş aktivləri ilə bağlı təklifini daha öncə ABŞ Prezidenti Donald Trampla görüşündə də bildirmişdi. Ancaq Tramp bunun əleyhinə çıxış etdi. Məncə, Makronun geri addım atmasının əsas səbəbləri ABŞ-dan dəstək ala bilməməsidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Fransa liderinin Rusiya aktivlərinin müsadirəsinin beynəlxalq hüquqa uyğun olmadığı haqda açıqlamasını şərh edərkən bildirib.

“Nəzərinizə çatdırım ki, hələlik Avropa Rusiya aktivlərinin faizindən istifadə edirlər. Bu aktivlər daha çox Almaniya və Belçikaya yerləşdirilib. Ancaq bu aktivlətin faizinin istifadə edilməsi belə beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Bu da Rusiya tərəfinin sərt addım atması ilə nəticələnə bilər.

Bundan əlavə, Rusiya və digər ölkələr bundan sonra öz aktivlərini alternativ klirinq sistemlərinə yerləşdirməyə çalışır. Gələcəkdə belə bir sistem yaranarsa, digər ölkələr daha çox buna etibar edə bilərlər”, - politoloq vurğulayıb.

Избранный
17
2
axar.az

3Источники