RU

BMT: Vyetnam 25 milyard dollar ziyan riski ilə üz-üzədir

BMT-nin İnkişaf Proqramının (UNDP) hesablamalarına görə, ABŞ-ın avqust ayında tətbiq etdiyi yeni rüsumlar Vyetnamın ABŞ-a ixracını beşdə birədək azalda bilər. Bu isə ölkəni Cənub-Şərqi Asiyada ən çox zərər görən dövlətə çevirəcək.

“İki sahil” xəbər verir ki, ötən il Vyetnam ABŞ-a mal ixracına görə dünyada altıncı yeri tutub və 136,5 milyard dollar dəyərində məhsul göndərib. Məhsulların böyük hissəsi Amerika və digər transmilli şirkətlərin zavodlarında və ya onların təchizatçıları vasitəsilə istehsal olunub.

UNDP-nin Asiya-Sakit okean regionu üzrə baş iqtisadçısı Filip Şellekens bildirib ki, əgər ABŞ-da yüksək tariflər səbəbindən inflyasiya artarsa, Vyetnam məhsullarına tətbiq olunan 20 faizlik gömrük rüsumu zamanla ABŞ-a ixracın 25 milyard dollardan çox azalmasına səbəb ola bilər. Bu isə illik ümumi ixracın təxminən beşdə birinə bərabərdir.

Avqustun 7-də rüsumların qüvvəyə minməsindən sonra açıqlanan ilkin göstəricilərə əsasən, ABŞ Vyetnamın ən böyük bazarı olsa da, həmin ayda bu ölkəyə ixrac iyul ayı ilə müqayisədə 2 faiz azalıb. Dünyada ayaqqabı ixracında ikinci yeri tutan Vyetnamın bu sahədə ixracı isə 5,5 faiz geriləyib. Bu, rüsumların tətbiqindən əvvəl qeydə alınmış kəskin artımdan sonra baş verib.

“Nike”, “Adidas” və “Puma” kimi dünya üzrə ayaqqabı istehsalının əsas hissəsini Vyetnamdakı təchizatçılar vasitəsilə həyata keçirən brend şirkətlər məsələ ilə bağlı şərh verməkdən imtina edib.

“Cənub-Şərqi Asiyada ABŞ tərəfindən rüsumların artırılması səbəbindən Vyetnamdan daha çox zərbə alan başqa ölkə yoxdur” – deyə Şellekens söyləyib. O əlavə edib ki, Şərqi Asiyada dollar ifadəsində daha çox zərər görəcək yeganə ölkə Çindir. Onun sözlərinə görə, hətta Vaşinqton müəyyən güzəştləri saxlayacağı təqdirdə, Vyetnamın ABŞ-a ixracı 18 milyard dollaradək azala bilər.

UNDP-nin hesabatına əsasən, Cənub-Şərqi Asiyanın digər iri ölkələri arasında Tailandın ABŞ-a ixrac həcminin 12,7 faiz, Malayziyanın 10,4 faiz, İndoneziyanın isə 6,4 faiz azalacağı gözlənilir.

Избранный
10
3
ikisahil.az

4Источники