Bakı, 23 sentyabr, AZƏRTAC
Mən şəhid Sahib Əhmədovun həyat yoldaşıyam. Bu gün yurdumuza qayıtdığım üçün çox sevinirəm. Bizə bu sevinci yaşatdıqları üçün Azərbaycan Prezidentinə, Ordusuna təşəkkür edirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Laçın şəhərinə köçən keçmiş məcburi köçkün Mehriban Binnətova söyləyib.
Otuz yaşında məcburi köçkün düşdüyünü xatırladan M. Binnətova doğma yurda bacısı ilə qayıtdığını bildirib.