RU

Trampın helikopterinə lazer tutan şəxs həbs edilib

Bakı. Trend:

ABŞ-də Prezident Donald Trampın helikopterinin ekipajını lazerləkor etməyə cəhd edən şəxs həbs olunub.

Trend xəbər verirki, bu barədə NBC telekanalı məlumat yayıb.

Hadisə sentyabrın 20-də axşam saatlarında Trampın olduğuhelikopterin Ağ Evdən yola düşməsi zamanı baş verib.

ABŞ Məxfi Xidmətinin əməkdaşı şübhəli şəxsi küçədə köynəksizhalda öz-özünə yüksək səslə danışarkən görüb. Agent onayaxınlaşanda həmin şəxs qırmızı lazeri prezident helikopteri havayaqalxarkən pilotların üzünə tutub.

Məxfi Xidmət əməkdaşı dərhal lazeri onun əlindən alıb vəqollarını qandallayıb.

Məhkəmə sənədlərində qeyd olunub ki, həmin şəxsin hərəkətləriprezident helikopterinin pilotu üçün, xüsusən də müşayiətçihelikopterlərin yaxınlığında aşağı hündürlükdə uçuş zamanı qəfilgörmə itkisi və oriyentasiyanın pozulması riski yaradıb.

Избранный
19
az.trend.az

1Источники