RU

Pezeşkian: Azərbaycanla münasibətlərə mane olmaq cəhdləri uğursuzluğa düçar olacaq

BAKI, 23 sentyabr. TELEQRAF

Azərbaycanla münasibətlərin genişləndirilməsi İranın xarici siyasətinin prioritetlərindən biridir.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Tehranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə bildirib.

Onun sözlərinə görə, bədxahların ölkələr arasında səmərəli münasibətlərə mane olmaq cəhdləri uğursuzluğa düçar olacaq.

“Biz bu münasibətləri bütün sahələrdə genişləndirməkdə maraqlıyıq. İki ölkə arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın inkişafı yolunda heç bir maneə yoxdur", - Pezeşkian qeyd edib.

Избранный
24
1
teleqraf.com

2Источники