RU

Nağd pullar tarixə qarışır? - Avropa “rəqəmsal avro”ya keçir

Avropa İttifaqı rəqəmsal avro üzərində ciddi şəkildə işləyir. 2026-cı ildə onun reallaşdırılması planlaşdırılır. Hollandiya maliyyə naziri Eelco Heinen bildirib ki, bu sistem yalnız müəyyən şərtlər yerinə yetirildikdə təsdiq edilə bilər.

News24.az xəbər verir ki, onun sözlərinə görə, rəqəmsal avro nəğd pul qədər etibarlı və təhlükəsiz olmalıdır. Hətta internet və ya elektrik olmasa belə, ödənişlərin həyata keçirilməsi mümkün olmalıdır.

Ən böyük narahatlıq isə məxfilik məsələsidir. Avropada “proqramlaşdırıla bilən pul” ideyası müzakirə olunur — yəni hökumət insanların pulu harada və necə xərcləyəcəyini müəyyən edə bilər. Heinen bu fikrə qarşı çıxaraq “Bu, kabus olar. Qətiyyən razı deyiləm” deyib.

Avropa Mərkəzi Bankı bu sistemlə kripto pullar və xarici ödəniş tətbiqlərinə (Apple Pay, PayPal və s.) qarşı nəzarəti gücləndirməyi hədəfləyir.

Dünyada Çin, Hindistan və Nigeriya kimi ölkələr də artıq öz rəqəmsal valyutalarını sınaqdan keçirir. Avropanın da bu yarışda geri qalmamaq üçün rəqəmsal avroya keçidi vacib hesab olunur.

Ancaq bu sistemin həyata keçməsi üçün təhlükəsizlik, məxfilik kimi məsələlərin dəqiq şəkildə həll olunması vacibdir.

Xeyrənsə Piriyeva

Избранный
95
1
news24.az

2Источники