RU

Fələstin prezidenti: HƏMAS Qəzzanın idarə olunmasında heç bir rol oynamayacaq

BAKI, 23 sentyabr. TELEQRAF

Fələstinin radikal hərəkatı HƏMAS Qəzza zolağında hakimiyyətdə olmayacaq.

Teleqraf xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas bəyan edib.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yaxın Şərq sülh prosesi üzrə yüksək səviyyəli beynəlxalq konfransda çıxış edən Mahmud Abbas vurğulayıb ki, HƏMAS Qəzzanın idarə edilməsində heç bir rol oynamayacaq.

Onun sözlərinə görə, HƏMAS, digər qruplaşmalar kimi, silahlarını Fələstin Milli Administrasiyasına təhvil verməli olacaq.

Fələstin Prezidenti qeyd edib ki, administrasiya qanuni təhlükəsizlik qüvvələri və silah dövriyyəsi üzərində nəzarəti olan vahid dövlət yaratmağa çalışır.

Избранный
31
1
teleqraf.com

2Источники