RU

"Qızıl top" mükafatının sahibi bəlli oldu - ilk 10-luq

Usman Dembele ötən mövsümün ən yaxşı futbolçusu seçilib.

Sportal.az xəbər verir ki, 28 yaşlı PSJ və Fransa millisinin vingeri 2025-ci ilin “Qızıl top” mükafatını qazanıb.

2024/25 mövsümündə Dembele PSJ ilə Fransa çempionatını, ölkə kubokunu, Superkuboku və Çempionlar Liqasını qazanıb. O, klubun heyətində 53 oyunda 35 qol vurub və 14 qol ötürməsi edib.

Qeyd edək ki, 2022-ci ildən etibarən “Qızıl top” təqvim ili üzrə deyil, mövsümün yekunlarına əsasən təqdim olunur (1 avqust 2024-dən 31 iyul 2025-dək).

İlk onluq belədir:

Usman Dembele (PSJ);

Lamine Yamal (“Barselona”);

Vitinya (PSJ);

Məhəmməd Salah (“Liverpul”);

Rafinya Dias (“Barselona”);

Əşrəf Hakimi (PSJ);

Kilian Mbappe (“Real”);

Koul Palmer (“Çelsi”);

Canluici Donnarumma (PSJ / “Mançester Siti”);

Nunu Mendiş (PSJ).

saytlarin hazirlanmasi

Избранный
5
2
sportal.az

3Источники