RU

Ağdamda 9 milyon manata evlər tikiləcək - Qalib şirkət açıqlandı

“Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” 9 milyon 99 min 651,54 manata podratçı seçib.

Gundem.az xəbər verir ki,  “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-130 üzrə binaların tikintisi işləri”nin satın alınması ilə bağlı tenderin qalibini müəyyən edilib.

Qalib “ANG” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi məbləği 9 milyon 99 min 651,54 manat təşkil edir. Layihənin ehtimal olunan qiyməti 9 milyon 169 min 651,73 idi.

Şirkət daha öncə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun 11 milyon 907 min 614,49 manat dəyərindəki Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 73 fərdi yaşayış evinin tikintisi və 3 milyon 095 min 894 manat dəyərindəki Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 53 №-li yaşayış binasının tikintisi tenderlərinin qalibi olub.

Qeyd edək ki, "ANG" MMC 4 avqust 2011-ci ildə yaradılıb, 50 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Murad Arıxov Habil oğludur. Hüquqi ünvanı AZ1009, Baki Şəhəri Nəsimi Rayonu, Cəlil Məmmədquluzadə Döngəsi, ev.18/20 ünvanıdır. /fed.az

Избранный
16
5
gundem.az

6Источники