RU

Ərdoğan və Trampın 2019 cu il razılaşması qüvvədə qalacaq

Apa.az saytına istinadən ain.az xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trampın 2019-cu il razılaşması qüvvədə qalacaq.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, ABŞ ilə ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində əvvəlki razılaşmalar qüvvədə saxlanılır.

“Dəyərli dostum Prezident Tramp ilə 2019-cu ildə müəyyən etdiyimiz 100 milyard dollarlıq ticarət dövriyyəsi ortaq hədəfimiz olaraq qalmaqdadır”, – deyə Ərdoğan vurğulayıb.

Dəryanur Cəfərova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
8
apa.az

9Источники