RU

Navalnının zəhərlənmə sirləri

Rusiyanın keçmiş müxalifət lideri, 2024-cü ilin fevralın 16-da qaldığı həbsxanada şübhəli şəkildə dünyasını dəyişən Aleksey Navalnını zəhərləmək planı, ehtimal ki, hələ 2017-ci ildə həyata keçirilməyə çalışılıb.

Ölkə.az xəbər verir ki, bu barədə “Dossier” mərkəzi xüsusi hesabat yayıb.

Mərkəzin araşdırmasına görə, 2020-ci ildə Tomskda baş verən zəhərlənmədən əvvəl də FSB-nin “zəhərləyicilər qrupu” Navalnını izləyib.

Məlum olub ki, həmin il “Kirovles” işi üzrə məhkəmənin təkrar baxışı zamanı FSB əməkdaşları onun arxasınca Kirova səfər ediblər. Qrupun rəhbəri sayılan Stanislav Makşakov məhkəmədən bir neçə ay öncə şəhərdə olub. 2017-ci ilin yanvarından etibarən isə “Noviçok” zəhərləyici maddələri üzrə ekspertlər – Aleksey Aleksandrov və daha sonra Navalnının ifşa etdiyi Konstantin Kudryavtsev də, eləcə də FSB-nin konstitusiya quruluşunun mühafizəsi xidmətinin əməkdaşları Kirovda görünüb.

Araşdırmaya əsasən, Kirovdakı əməliyyat rekord sayda iştirakçı ilə aparılıb – Navalnını azı 7 nəfər izləyib.

“Dossier” həm də onların istifadə etdiyi örtük pasportlarını müəyyən edib və zəhərləyici qrup üzvlərindən birinin sonradan Navalnının ölümü ilə əlaqəli ola biləcək şübhəli səfərini aşkara çıxarıb.(musavat)

Избранный
13
7
olke.az

8Источники