RU

Baş planı yenilənən şəhərlərin sayı AÇIQLANDI

Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri həyata keçirir. Azad edilmiş ərazilərdə 12 şəhərin baş planı hazırlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

"Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Son 4 ildə üç beynəlxalq hava limanı, yol və avtomagistral, yeni dəmir yolu infrastrukturu, yaşayış binaları, səhiyyə müəssisələri və təhsil ocaqları inşa olunub", - deyə A.Quliyev qeyd edib.

A.Quliyev, həmçinin bildirib ki, indiyədək 79 şəhərin 65-i üçün baş plan yenilənib, daha 10 şəhərin planı təsdiq mərhələsindədir. Bu işlər beynəlxalq təcrübəli şəhərsalma mütəxəssislərinin iştirakı ilə həyata keçirilir və qlobal qabaqcıl təcrübə ilə uyğunluq təmin olunur.

Избранный
12
8
redaktor.az

9Источники