RU

İtaliyada hökumətə təzyiq: Minlərlə insan Fələstinlə həmrəylik aksiyalarına çıxıb

Aksiyalar fonunda Meloni hökumətindən Fələstin dövlətini tanımaq və İsraillə müqavilələri dayandırmaq tələb olunur...

Poliqon Poltico nəşrinə istinadən xəbər verir ki, İtaliya üzrə on minlərlə insan bazar ertəsi günü onlarla şəhərdə küçələrə çıxaraq Fələstinlə həmrəylik nümayiş etdirib. Eyni zamanda həmkarlar ittifaqlarının elan etdiyi ümummilli tətil ölkədə qatarların hərəkətini və avtomagistrallarda nəqliyyat axınını iflic edib.

Etirazçılar hökumətdən yalnız siyasi mövqeyini dəyişməyi deyil, həm də konkret addımlar atmağı tələb edirlər. Onların əsas tələbləri arasında Fələstin dövlətinin tanınması dayanır. Böyük Britaniya, Avstraliya, Kanada və Portuqaliyanın bu istiqamətdə atdığı addımlardan sonra İtaliya ictimaiyyətində də mövcud hökumətə təzyiqlər artmaqdadır. Beynəlxalq arenada İsrailin Qəzzaya hücumları ilə bağlı tənqidlərin güclənməsi Romadakı ictimai narazılığı daha da alovlandırıb.

Bundan əlavə, nümayişçilər İtaliyanın İsraillə bütün kommersiya və hərbi əməkdaşlıqlarını dayandırmasını tələb edir. Onlar, həmçinin, Qəzzaya humanitar yardım aparmaq üçün Aralıq dənizini keçən 60 gəmidən ibarət flotiliyanın müdafiə olunmasını hökumətdən gözləyirlər.

Baş nazir Corciya Meloninin hökuməti Avropa İttifaqı daxilində İsrailin ən sərt tərəfdarlarından biri kimi tanınır. Lakin ölkədə güclənən etirazlar və həmrəylik aksiyaları Romadakı siyasi kursun davamlılığına dair suallar doğurur.

Poliqon.info

Избранный
20
8
poliqon.info

9Источники