RU

Almaniya Müdafiə Komitəsi: Rusiya qırıcılarının vurulması son çarə olmalıdır

Qərb sərhədlərini pozduğu iddia edilən Rusiya qırıcılarının məhv edilməsi son çarə olmalıdır.

Teleqraf xəbər verir ki, bunu Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Agnes Strack-Zimmermann "Tagesspiegel"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Almaniya hərbi hava qüvvələrinin ölkə ərazisinə daxil olan döyüş təyyarələrini məhv etmək vəzifəsi yoxdur: "Rusiya qırıcılarını vurmaq son çarə olmalıdır. Hərbi hava qüvvələrimiz nə vaxt və nə edəcəyini bilir".

Sentyabrın 19-da Estoniya hakimiyyəti Rusiyanı üç Rusiyaya məxsus MiQ-31 qırıcısı ilə ölkənin hava məkanını pozmaqda ittiham edib.
Избранный
13
2
sherg.az

3Источники