RU

"Üzeyir Hacıbəyli və musiqi mirası" konserti keçirildi - FOTOLAR

Sumqayıtda Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş "Üzeyir Hacıbəyli və musiqi mirası" adlı konsert baş tutub.


Manset.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirdə Regional Kamera Orkestri, Xırdalan Musiqi Məktəbinin Xalq çalğı alətləri orkestri və Sumqayıt Dövlət Dram Teatrının kollektivi çıxış ediblər.

Konsertdə bəstəkarın əsərləri, milli rəqslər və bədii kompozisiyalar təqdim olunub, proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Избранный
19
6
manset.az

7Источники