RU

Bakıda Azərbaycan-Serbiya iqtisadi əməkdaşlığı müzakirə olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Nazir bildirib ki, görüşdə ölkələr arasında strateji tərəfdaşlığın gücləndirilməsinin iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün əhəmiyyəti vurğulanıb. Tərəflər ticarət, investisiya və biznes əlaqələrinin qarşılıqlı təşviqi, birgə fəaliyyətin perspektivləri və potensial layihələrin reallaşdırılmasının önəmi barədə fikir mübadiləsi aparıblar.
Избранный
25
2
oxu.az

10Источники