1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sahel Dövlətləri Konfederasiyasının üzvləri olan Burkina-Faso, Mali və Niger Beynəlxalq Cinayət Məhkəməsindən çıxdıqlarını elan ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.
Məlumata görə, Afrika ölkələri Roma Statutunu "imperializmin əlində neokolonial repressiya aləti" adlandırıblar.
Birgə bəyanat görə, bu addım Burkina Faso, Mali və Nigerin suverenliklərini tam təsdiq etmək istəklərinin bir hissəsidir.