RU

Azərbaycan və Britaniyanın NATO-dakı nümayəndələri görüşüb

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Böyük Britaniyanın NATO-dakı daimi nümayəndəsi Anqus Lapsley ilə görüşüb.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyindən bildirilib.

Sülh Naminə Tərəfdaşlıq (SNT) çərçivəsində tərəfdaşlıq, Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətlərini, o cümlədən regionda baş verən son hadisələr və Azərbaycan-Ermənistan sülh prosesinə dair 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilən tarixi görüşünün nəticələrini müzakirə ediblər.

Избранный
7
1
metbuat.az

2Источники