RU

Xaçmazda peşə məktəbinin tələbəsi bıçaqlanıb

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi bıçaqlanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında yaranan mübahisə bıçaqlanma ilə bitib.

Hadisə nəticəsində rayonun Yalama kənd sakini, 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub.

Hadisəni törətməkdə şübhəli bilinən E.Mirzəyev saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
12
5
nocomment.az

6Источники