Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi bıçaqlanıb.
Moderator.az-ın məlumatına görə, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində tələbələr arasında yaranan mübahisə bıçaqlanma ilə bitib.
Hadisə nəticəsində rayonun Yalama kənd sakini, 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub.
Hadisəni törətməkdə şübhəli bilinən Mirzəyev Elnur Şahin oğlu saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.