RU

Bu gün “Qızıl top”un sahibi hansı ulduz olacaq? - Namizədlərin SİYAHISI

Bu gün UEFA və “France Football” jurnalının birgə layihəsi olan “Qızıl top” mükafatı təqdim olunacaq.

Sportinfo.az xəbər verir ki, mükafat dünyanın ən yaxşı kişi və qadın futbolçusuna veriləcək.

Mərasim Parisdəki Şatle teatrında keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Dünyanın ən yaxşı futbolçusu milli komandaların baş məşqçiləri, kapitanları və idman jurnalistlərinin səsverməsi ilə müəyyən ediləcək. Qalib təqvim ili üzrə deyil, 2024/25 mövsümünün nəticələrinə görə seçiləcək.

Bundan başqa, tədbirdə həmçinin mövsümün ən yaxşı qapıçısına, 21 yaşadək ən istedadlı gənc futbolçusuna, ən yaxşı baş məşqçisinə, bombardirinə və klubuna xüsusi mükafatlar təqdim ediləcək.

"Qızıl top"a namizədlər kimlərdir:

Cud Bellingem (İngiltərə, "Real")
Usman Dembele (Fransa, "Paris Sen-Jermen")
Canluici Donnarumma (İtaliya, "Paris Sen-Jermen"/"Mançester Siti")
Dezire Duye (Fransa, "Paris Sen-Jermen")
Denzel Dumfris (Niderland, "İnter")
Seru Girasi (Qvineya, "Borussiya" Dortmund)
Viktor Dyekereş (İsveç, "Sportinq"/"Arsenal")
Erling Haland (Norveç, "Mançester Siti")
Əşrəf Hakimi (Mərakeş, "Paris Sen-Jermen")
Harri Keyn (İngiltərə, "Bavariya")
Xviça Kvaratsxeliya (Gürcüstan, "Napoli"/"Paris Sen-Jermen")
Robert Levandovski (Polşa, "Barselona")
Aleksis Makallister (Argentina, "Liverpul")
Lautaro Martines (Argentina, "İnter")
Kilian Mbappe (Fransa, "Real")
Skott Maktominay (Şotlandiya, "Napoli")
Nunu Mendeş (Portuqaliya, "Paris Sen-Jermen")
Joau Neveş (Portuqaliya, "Paris Sen-Jermen")
Maykl Olise (Fransa, "Bavariya")
Koul Palmer (İngiltərə, "Çelsi")
Pedri (İspaniya, "Barselona")
Rafinya (Braziliya, "Barselona")
Deklan Rays (İngiltərə, "Arsenal")
Fabian Ruis (İspaniya, "Paris Sen-Jermen")
Məhəmməd Salah (Misir, "Liverpul")
Vircil van Deyk (Niderland, "Liverpul")
Vinisius Junior (Braziliya, "Real")
Vitinya (Portuqaliya, "Paris Sen-Jermen")
Florian Virts (Almaniya, "Bayer"/"Liverpul")
Lamin Yamal (İspaniya, "Barselona")

Избранный
11
3
sportinfo.az

7Источники