AZ

“Qızıl top”u o aldı

"France Football"un təsis etdiyi "Qızıl top" mükafatının qalibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, 2024/25 mövsümündə mükafatın qalibi PSJ-nin və Fransa millisinin üzvü Usman Dembele olub.

“Barselona”nın və İspaniya millisinin vingeri Yamin Lamal ikinci yeri tutub.

2024/25 mövsümündə Dembele PSJ ilə birgə 5 mükafat qazanıb. O, Fransa çempionatının, ölkə kubokunun, Superkubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

Fransız futbolçu ötən mövsüm 53 oyunda 35 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

Dembele və Yamalla yanaşı, daha 28 futbolçu - Cud Bellingem (İngiltərə, "Real"), Canluici Donnarumma (İtaliya, "Paris Sen-Jermen"/"Mançester Siti"), Dezire Duye (Fransa, "Paris Sen-Jermen"), Denzel Dumfris (Niderland, "İnter"), Seru Girasi (Qvineya, "Borussiya" Dortmund), Viktor Dyekereş (İsveç, "Sportinq"/"Arsenal"), Erling Haland (Norveç, "Mançester Siti"), Əşrəf Hakimi (Mərakeş, "Paris Sen-Jermen"), Harri Keyn (İngiltərə, "Bavariya"), Xviça Kvaratsxeliya (Gürcüstan, "Napoli"/"Paris Sen-Jermen"), Robert Levandovski (Polşa, "Barselona"), Aleksis Makallister (Argentina, "Liverpul"), Lautaro Martines (Argentina, "İnter"), Kilian Mbappe (Fransa, "Real"), Skott Maktominay (Şotlandiya, "Napoli"), Nunu Mendeş (Portuqaliya, "Paris Sen-Jermen"), Joau Neveş (Portuqaliya, "Paris Sen-Jermen"), Maykl Olise (Fransa, "Bavariya"), Koul Palmer (İngiltərə, "Çelsi"), Pedri (İspaniya, "Barselona"), Rafinya (Braziliya, "Barselona"), Deklan Rays (İngiltərə, "Arsenal"), Fabian Ruis (İspaniya, "Paris Sen-Jermen"), Məhəmməd Salah (Misir, "Liverpul"), Vircil van Deyk (Niderland, "Liverpul"), Vinisius Junior (Braziliya, "Real"), Vitinya (Portuqaliya, "Paris Sen-Jermen"), Florian Virts (Almaniya, "Bayer"/"Liverpul") “Qızıl top” mükafatına namizəd idi.

Seçilən
0
3
sportinfo.az

6Mənbələr