RU

Bakı Ali Neft Məktəbi “TEKNOFEST-2025”də iki medal və iki mükafat qazanıb

Bakı, 22 sentyabr, AZƏRTAC

İstanbulda keçirilən “TEKNOFEST-2025” Aerokosmik və Texnologiya Festivalında SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) komandaları mühüm nailiyyətlər əldə ediblər.

BANM-dən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin “Daşaltı-BHOS” komandası Maliyyə texnologiyaları kateqoriyasında II yerə, “Xudafərin-BHOS” komandası isə Ağıllı nəqliyyat kateqoriyasında III yerə layiq görülüb.

Bundan əlavə, “Aypara-BHOS” komandası Münsiflər heyətinin xüsusi mükafatını, “Zəngəzur-BHOS” komandası isə Maliyyə texnologiyaları kateqoriyasında “Ticarətləşmə potensialı” mükafatını qazanıb.

Избранный
23
3
azertag.az

4Источники