Keçən mövsüm Türkiyənin “Trabzonspor” klubunda çıxış edən konqolu hücumçu Simon Banza karyerasını BƏƏ-də davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçu 10 milyon avro qarşılığında “Siti Grup” ailəsinə daxil olan “Əl-Cəzirə” klubuna transfer olunub.
Banza “Trabzonspor”da keçirdiyi mövsümdə diqqətçəkən performans göstərmiş və bir sıra qol imkanları ilə komandası üçün önəmli rol oynamışdı. Yeni klubu ilə o, BƏƏ liqasında çıxış edəcək.