RU

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyur - Pərviz Şahbazov

Hazırda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.

Day.Az xəbər verir ki, bunu Azərbaycanın enenergetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, ilk dəfə olaraq Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik şəbəkələrinin birləşdirilməsi istiqamətində addımlar atılır ki, bu da Transxəzər enerji dəhlizinin reallaşdırılmasına imkan yaradacaq və Mərkəzi Asiya ilə Cənubi Qafqazı yaşıl keçidin lider regionlarına çevirəcək: "Qazaxıstan və Özbəkistanla yaşıl enerji sahəsində əməkdaşlığımız kompleks xarakter daşıyır və vahid regional yaşıl enerji platformasının qurulmasına yönəlib. Bu istiqamətdə ilk mühüm addımlar ötən il Bakıda keçirilmiş COP29 zamanı atıldı. Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri arasında yaşıl enerji üzrə strateji tərəfdaşlıq haqqında hökumətlərarası saziş imzalandı. Eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının sərmayədar kimi bu layihələrdə iştirakı ilə bağlı sənədlər qəbul edildi".

"Daha sonra "Green Corridor Alliance" adlı birgə müəssisə yaradıldı və onun mərkəzi ofisi Bakıda yerləşdirildi. Gələn ay layihənin texniki-iqtisadi əsaslandırılmasını həyata keçirəcək məsləhətçi şirkətin seçilməsi üçün tender keçiriləcək. Bu proses Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) maliyyə dəstəyi ilə ilin sonuna qədər başlanacaq", - nazir qeyd edib.

Избранный
6
1
day.az

2Источники