RU

Orxan Məmmədov: "Ötən il Azərbaycanın "KOB evi" modeli beynəlxalq səviyyədə təcrübə kimi qiymətləndirilib"

"KOB-larla bağlı üç vacib məsələyə xüsusi diqqət yetirilməlidir. Birincisi, KOB-ların ehtiyacları daim nəzərdən keçirilməlidir. İkincisi, bu ehtiyaclar əsasında xüsusi dəstək alətləri və xidmətlər yaradılmalıdır. Həmin mexanizmlərə və xidmətlərə əlçatanlıq təmin edilməlidir".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O bildirib ki, dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində tematik məsləhətləşmələr təşkil olunur:

"Sözügedən kommunikasiya kanalları vasitəsilə əldə etdiyimiz məlumatlar əsasında xüsusilə KOB-lara yönəlmiş müxtəlif dəstək mexanizmləri hazırladıq - daxili bazar araşdırması, ticarət mərkəzlərinə çıxış, qrant proqramı, "Startap" şəhadətnaməsi, KOB klaster mexanizmi, daxili və xarici sərgilərdə iştiraka dəstək və sair".

Orxan Məmmədov vurğulayıb ki, KOB-ların potensialının artırılmasına xüsusi diqqət yetirilir:

"Bu məqsədlə KOB inkişaf mərkəzləri və KOB Model Müəssisəsi yaradılıb ki, bu mexanizmlər gələcək iqtisadi tendensiyalara daha uyğun xidmətlər göstərməkdədir. Bizneslərin dövlətin dəstək alətlərinə, eləcə də G2B və B2B xidmətlərinə çıxışını asanlaşdırmaq üçün "bir pəncərə xidmət modeli" - "KOB evləri" fəaliyyət göstərir. Yeri gəlmişkən, ötən il Azərbaycanın "KOB evi" modeli beynəlxalq səviyyədə tanınaraq, innovativ təcrübə kimi qiymətləndirilib".

Избранный
17
2
far.az

6Источники