Rusiya Prezidenti Vladimir Putinin bu gün vacib bəyanatla çıxış edəcəyi gözənilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə mühüm bəyanatla çıxış edəcək: "Bu gün biz Putindən vacib bəyanat gözləyirik".
Kreml rəsmisi Putinin bəyanatının hansı mövzu ilə əlaqədar olduğunu açıqlamayıb.