RU

Prezidentin Youtube hesabı bağlandı: Hibrid Müharibə iddiası

Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Venesuela prezidenti Nikolas Maduronun təxminən 233 min abunəçiyə sahib rəsmi YouTube kanalı platformadan çıxarılıb.

Turkustan.az xəbər verir ki, nə Venesuela hökuməti, nə də YouTube rəhbərliyi bu hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Bağlanan kanalın ən çox izlənilən rubrikalarından biri, müxtəlif qonaqların – o cümlədən İspaniyanın solçu Podemos partiyasının lideri Xuan Karlos Monederonun da qatıldığı “Maduro Podcast” idi.

Dövlətə məxsus Telesur media qurumunun məlumatına görə, kanal heç bir izah təqdim edilmədən bağlanıb. Media qurumu bu addımın ABŞ ilə Venesuela arasında artan siyasi gərginlik fonunda atıldığını vurğulayaraq, bunu “hibrid müharibə” taktikasının bir parçası kimi dəyərləndirib.

Prezident Maduro isə YouTube kanalının bağlanmasını "rejimi dəyişmək cəhdinin bir hissəsi" kimi qiymətləndirib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
1
icma.az

2Источники