RU

Uorren Baffet BYD-nin bütün səhmlərini satıb

Uorren Baffet dünyanın ən böyük elektromobil istehsalçısı BYD-nin səhmlərini satıb. Bunun fonunda şirkətin səhmləri 3.5% ucuzlaşıb. Bu barədə “Reuters” agentliyi “Berkshire Hathaway”in birja hesabatına istinadən məlumat verib.

Cənab Baffet ilk dəfə BYD-nin səhmlərinə 2008-ci ildə sərmayə qoyub və tədricən payını 10%-ə qədər artırıb. Lakin son illərdə o, avtomobil istehsalçısının səhmlərini satmağa başlayıb — 2008-ci ildən bəri BYD-nin kotirovkaları 20 dəfə bahalaşıb. “Reuters”in məlumatına görə, 2024-cü ilin sonunda investor şirkətdə dəyəri 415 milyon dollar olan kiçik bir paya sahib idi, indi isə o, paketini tamamilə satıb.

“Berkshire Hathaway” BYD-nin kapitalından çıxması ilə bağlı KİV-in məlumatlarını şərh etmir. Çin şirkətinin nümayəndələri səhmlərin satışını “normal proses” adlandıraraq, cənab Baffetə “bu 17 il ərzində sərmayələr, yardım və tərəfdaşlığa görə” təşəkkür ediblər.

Избранный
43
banker.az

1Источники