RU

BMT Azərbaycanın yerləşdiyi region üzrə iqtisadi artım proqnozunu azaldıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) MDB və Gürcüstan regionu (CIS+) üçün 2025 və 2026-cı illərdə iqtisadi artım proqnozunu 2,2 faiz səviyyəsində müəyyənləşdirib.

Bu, may ayındakı proqnozla müqayisədə hər iki il üzrə 0,3 faiz bəndi azdır.

    Proqnozların zəifləməsinə səbəb kimi Ukraynada davam edən müharibə, sanksiyaların təsiri, həmçinin Rusiya iqtisadiyyatında aktivliyin zəifləməsi göstərilir. Xüsusən tikinti və istehsal sahələrində durğunluq müşahidə olunur. Rusiya Federasiyasında artımın 2025-ci ildə cəmi 1,1 faiz olacağı gözlənilir.

    Ukraynada isə ilin birinci rübündə iqtisadi artım 0,9 faiz təşkil edib. Elektrik təchizatının yaxşılaşmasına və məhsul yığımına dair müsbət gözləntilərə baxmayaraq, ölkədə ümumi daxili məhsulun artımının bu il 2 faizi keçməsi ehtimal olunmur.

    Əksinə, Mərkəzi Asiya ölkələrində iqtisadiyyat 2025-ci ilin ilk yarısında gözləntiləri üstələyib. Bu artıma güclü özəl istehlak və infrastruktur layihələrinə yatırılan daxili investisiyalar təkan verib.

    apa

    Избранный
    22
    3
    banco.az

    4Источники