RU

Aktyorun 60 illik yubileyi “35 ildən sonra” tamaşası ilə qeyd olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında aktyor Kərəm Hadızadənin 60 illik yubileyi keçirilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, yubiley tədbirində mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak edib.

Tədbirdə çıxış edən teatrın direktoru Naidə İsmayılzadə aktyorun həyat və yaradıcılığından, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs edib.

Gecədə Teatr Xadimlər İttifaqının sədr müavini İlham Namiq Kamal, Əməkdar artistlər Şövqi Hüseynov, Leyli Vəliyeva, Nofəl Vəliyev, Gülər Nəbiyeva, yazıçı Azad Qaradərəli çıxış edərək yubilyarın teatr xidmətlərindən, fəaliyyətindən ətraflı söz açıblar.

Daha sonra Kərəm Hadızadəyə Teatr Xadimlər İttifaqının fəxri diplomu təqdim olunub, aktyorun yubileyinə həsr olunan, Müşfiq Əliyevin quruluşunda hazırlanan “35 ildən sonra” tamaşası nümayiş etdirilib.

Birhissəli səhnə əsəri ömrünün qürub çağını yaşayan aktyorun həyatından bəhs edir. Uzun illərdən sonra yeganə qızı ilə qarşılaşan ata onun varlığından həyəcanlanır, həm də xoşbəxt olur. Müəllif ata və qız münasibətlərinin fonunda ailənin, doğma əlaqələrin qorunmasının vacib olduğunu təqdim edir.

 

Избранный
6
3
azertag.az

4Источники