RU

Azərbaycan IFC ilə yeni əməkdaşlıq sazişi imzalayıb

Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında "Dövlət-Özəl Tərəfdaşlığı (PPP) sahəsində Bacarıqların Artırılması üzrə Əməkdaşlıq Sazişi" imzalanıb.

Ölkə.az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və IFC-nin Avropa üzrə Regional Meneceri Tomas Lyubek imzalayıb.

Saziş PPP əməliyyat məsləhət xidmətləri çərçivəsində tərəflər arasında bilik və təcrübə mübadiləsini nəzərdə tutur.

Избранный
10
4
olke.az

7Источники