RU

Barselona metrosunun sirli yerləri ziyarətçilərin üzünə açıq olacaq

Tarixdə ilk dəfə İspaniyanın Barselona şəhərindəki “kabus stansiyaları” ictimaiyyətə açıq olacaq.

Herbiand.az bildirir ki, bunu “The Independent” yazıb.

Transports Metropolitans de Barselona (TMB) şirkəti istifadə olunmayan “Correos” və “Gaudi” stansiyalarını yenidən açacağını açıqlayıb. Tədbir metronun 100 illik yubiley çərçivəsində baş tutacaq. Səkkiz obyekt sentyabr, oktyabr və noyabr aylarında ictimaiyyətə açıq olacaq. Bu yerlər adətən ictimaiyyət üçün qapalı olur.

İlk açılan stansiya 57 il əvvəl tikilən, lakin heç vaxt istifadə olunmayan “Gaudi” stansiyasıdır. Ekspedisiya zamanı ziyarətçilər şəhərin nəqliyyat şəbəkəsinin bir əsrlik tarixi haqqında hekayələr eşidəcəklər.

İkinci stansiya 1934-cü ildən 1972-ci ilə qədər fəaliyyət göstərən “Correos” stansiyası olacaq. Onun səthə çıxışı olmadığından, qatarlar işləmədiyi zaman ziyarətçilər relslərlə getməli olacaqlar.

Ziyarətçilərə “kabus stansiyaları”ndan əlavə metropolitenin bir neçə mühüm yerləri də göstəriləcək. İnsanlar həm də idarəetmə mərkəzindəki simulyator sayəsində qatar maşinisti olmaqda öz güclərini sınaya biləcəklər.

Şirkət ümumilikdə, ziyarətlər üçün 5033 pulsuz bilet təklif edir. İlk turlar sentyabrın 13-də başlayıb və oktyabr, noyabr aylarında seçilmiş günlərdə ziyarətçilərin üzünə açıq olacaq.

Bəxtiyar CƏFƏRLİ

Избранный
9
herbiand.az

1Источники