Adnan Əhmədzadə nüfuzlu iş adamıdır. Media və sosial şəbəkələrdə onun şərəf və ləyaqətini aşağılayan məlumatlar yayılır. O məlumatlar həqiqəti əks etdirmir. Müvəkkilim və mən bundan narahatıq.
Publika.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında ötən həftəsonu həbs edilən iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev deyib.
O, iş adamının şəxsi istəyi ilə vəkil kimi prosesə qatıldığını vurğulayıb.