RU

Başına 10 milyon dollar mükafat qoyuldu! 58 ildən sonra bir ilk baş verdi

Suriya Prezidenti Əhməd əl-Şara sentyabrın 23-dən 29-dək Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edir.

Turkustan.az xəbər verir ki, 1967-ci ildə Nurəddin əl-Atasidən sonra BMT tribunasından çıxış edən ilk Suriya prezidenti olacaq.

Səfər çərçivəsində onu Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani müşayiət edir. Şaranın çıxışının yalnız Suriya üçün deyil, həm də beynəlxalq siyasət üçün böyük simvolik əhəmiyyət daşıdığı bildirilir.

Əhməd əl-Şara bazar günü axşam BMT-yə üzv dövlətlərin nümayəndə heyətləri və ABŞ-da yaşayan Suriya icmasının üzvləri ilə görüşüb. Tədbir zamanı iştirakçılar tərəfindən alqışlarla qarşılanan Şaraya bir nəfərin dediyi bu sözlər diqqət çəkib: “Bizi təravətləndirdiyiniz kimi, Allah da sizi təzələsin.”

CBS televiziyasına verdiyi müsahibədə Şara, ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırdığını açıqlayıb. O, Trampa Suriyaya tətbiq olunan sanksiyaların yumşaldılması ilə bağlı “Suriya üçün etdiklərinə görə” təşəkkür etdiyini bildirib.

Şara gənc yaşlarında İraqda ABŞ-a qarşı silahlı döyüşlərdə iştirak edib və bu müddətdə ələ keçirilib. Daha sonra Suriyaya dönərək Həyat Təhrir əş-Şam (HTŞ) qruplaşmasını qurub və Bəşər Əsəd rejiminə qarşı döyüşüb. ABŞ tərəfindən 10 milyon dollarlıq mükafatla axtarışa verilən Şara, 2023-cü ildə müxalifətlə birləşərək milli barışıq prosesinə liderlik edib. Bu addım Suriya daxilində 14 ildən artıq davam edən vətəndaş müharibəsinin sona çatmasında həlledici rol oynayıb.

Şaranın və xarici işlər naziri Şeybaninin BMT çıxışından əvvəl Nyu Yorkda birlikdə poza vermələri də yerli və beynəlxalq mediada diqqətlə izlənilib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
6
turkustan.az

1Источники