RU

Tim Çeston: Growth Lab ın İqtisadi Mürəkkəblik İndeksində ötən il ən çox irəliləyən ölkə məhz Azərbaycan olub

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan bu gün həm dünyanın ən aşağı dövlət borclarından birinə, həm də ÜDM-in 96%-i həcmində Neft Fondu və Mərkəzi Bank aktivlərinə malikdir".

Oxu.Az xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Harvard Universitetinin "Growth Lab" bölməsinin ABŞ-dən olan baş meneceri Tim Çeston deyib.

Onun sözlərinə görə, bu, bir çox inkişaf etməkdə olan ölkələr üçün nümunədir:

"Sumqayıt Kimya Sənaye Parkında etilen və propilen polimerləri istehsalı başlayıb ki, bu da kimya sənayesində yeni imkanlar açır. "Growth Lab"ın hazırladığı İqtisadi Mürəkkəblik İndeksində ötən il ən çox irəliləyən ölkə məhz Azərbaycan olub".

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
6
oxu.az

9Источники