Azərbaycanın "Improtex Group" şirkəti ilə Almaniyanın "MAN Truck & Bus" şirkəti arasında elektrikli avtobusların yığılması üzrə saziş imzalanıb.
Missiya.Az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.
Sənədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə imza atılıb. Layihə ölkədə ekoloji nəqliyyatın inkişafını dəstəkləməyi və elektrikli avtobus parkının genişləndirilməsini hədəfləyir.