RU

Marqarita Simonyan xərçəng xəstəliyindən müalicə aldığını etiraf etdi

"Rossiya seqodnya" informasiya agentliyinin və RT ("Russia Today") telekanalının baş redaktoru Marqarita Simonyan xərçəng xəstəliyindən müalicə alır.

Moderator.az-ın verdiyi məlumata görə, bu barədə o, özünün "Telegram" kanalında xəbər verib.

"Məmnuniyyətlə hər şeyin yaxşı olduğunu yazardım, amma çalışıram heç vaxt yalan danışmayım. Tiqran (Keosayan) hələ də komadadır, mən isə xərçəngdən müalicə alıram", - deyə o, paylaşımda qeyd edib.

Simonyan tezliklə parik taxacağını vurğulayıb.

Xatırladaq ki, sentyabrın əvvəllərində Simonyan ona ağır xəstəlik diaqnozu qoyulduğunu və tezliklə əməliyyat olunacağını bildirib. O, bu səbəbdən RT rəhbərliyindən gedə biləcəyini vurğulayıb.

Избранный
14
4
moderator.az

5Источники