Bakının Əmircan kəndində köklü abadlıq işləri görülüb. Bu barədə Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Əliyeva Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib. O qeyd edib ki, ilkin mərhələdə ərazi çirkab sularından təmizlənib: "Kanalizasiya sistemi yeniləndi. Hazırda isə təmizləyici qurğu işə salınmaq üzrədir. İllərlə atılan məişət tullantıları təmizlənib. Növbəti mərhələdə isə digər dövlət qurumlarının təsdiqləyəcəyi layihə əsasında işlər davam etdiriləcək". Sevinc İbrahimzadə / Metbuat.az