RU

Astarada sürüşmə oldu Ağaclar və ev quşları torpaq altında qaldı

ain.az, Unikal.az saytına istinadən bildirir.

Astarada leysan, torpaq sürüşməsinə gətirib çıxarıb.

"Unikal"ın verdiyi xəbərə görə, cənub bölgəsində yağıntılı hava şəraiti çaylarda suyun səviyyəsini artırıb. Leysan xarakterli yağış, Astara rayonunda isə bir sıra fəsadlar törədib. Ucqar dağ kəndlərində sel suları yollara, körpülərə zərər vurub. Niləşə kəndində isə torpaq sürüşməsi baş verib. Təqribən 100 metrə yaxın torpaq sürüşərək, ətrafdakı evlər üçün təhlükə yaradıb. Kənd sakini Günay Ruhşanovaya məxsus həyətyani sahədə sitrus meyvələri və toyuq-cücə torpaq altında qalıb.

Siyəkü kənd bələdiyyəsinin sədri Ramin Dədəyev bildirdi ki, sözügedən ərazi meşə massividir və meşə təsərrüfatına aididdir. Vətəndaşın müraciəti əsasında həmin əraziyə baxış keçirilib və sürüşmə barədə aidiyyəti üzrə məlumat verilib. “Asif Fətəliyvə məxsus həyətdə yamac yarılaraq sel suları nəticəsində onun evinə dayanmış və bununla bağlı aidiyyəti orqanlara müraciət olunub. Nəzərinizə çatdırmaq istərdim ki, həmin torpaq sahəsi meşə təsərrüfatına aidir. Bizdə olan məlumata görə o evin heç bir sənədi yoxdur. Bununla bağlı biz həmin yerə baxış keçirmişik. Baxış nəticəsində məlum oldu ki, yamac yarılaraq istinad divarı dayanmış, istinad divarlarının içinə toyuqlar üçün tikilən hin dağılmış və evə də ziyan dəyib”.

Bələdiyyə sədri onu da bildirdi ki, dağlardan gələn sel suları, irigövdəli qurumuş ağacların qol-budaqlarını, torpaq qatını gətirərək, bəzi körpülərin, suötürücü boruların qarşısını kəsib. Hazırda onların təmizlənməsi işləri görülür.

Xəlil Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
8
unikal.az

2Источники