İsrailin baş naziri Benyamin Netanyahu hökumətindəki nazirlər bir neçə Qərb dövlətinin Fələstini tanımaq qərarına əsasən, onu İordan çayının qərb sahili ərazilərini ilhaq etməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.
Qəzet yazır: "İsrailli nazirlər İngiltərə və daha üç ölkənin Fələstini rəsmən tanıması qərarından sonra İordan çayının qərb sahilini ilhaq etməyə çağırırlar".
Xüsusilə də İsrailin maliyyə naziri Bezalel Smotriçin bu mövqeyi bölüşdüyü qeyd edilir. Onun sözlərinə görə, “Britaniya və digər ölkələrin gələcəyimizi müəyyən etdiyi günlər arxada qalıb”.
Məryəm Quliyeva