RU

Adil Şükürov: “Kəpəz”dən öz istəyimlə ayrıldım

Bakı, 22 sentyabr, AZƏRTAC

Komandadan öz istəyimlə ayrıldım.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Kəpəz” komandasının baş məşqçisi postundan ayrılan Adil Şükürov deyib.

O, komandada işlərinin yaxşı getməməsinə görə məyus olduğunu bildirib: “Futbolçular məşqdə göstərdiyi performansı meydanda sərgiləyə bilmirdilər. Həqiqətən bunun səbəbi mənə də maraqlıdır. Bilmədim ki, niyə belə oldu? “Kəpəz”in heyətində yaxşı futbolçular var. İnanıram ki, komanda hədəflədiyi yerdə olacaq. Yeni gələcək baş məşqçiyə uğurlar arzulayıram”.

Qeyd edək ki, 5 turdan sonra xalı olmayan “Kəpəz” 12 komanda arasında sonuncu -12-ci pillədə qərarlaşıb.

 

 

Избранный
5
azertag.az

1Источники